Stiv Uitkoffdan Tramp administrasiyasından ayrılacağı iddialarına reaksiya

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Tramp administrasiyasını tərk edəcəyi ilə bağlı iddialara reaksiya verib.

Telexeber.az xəbər verir ki, o iddiaları təkzib edib. Stiv Uitkoff sosial mediada, “Bu 100% saxta xəbərdir və dərhal geri götürülməlidir. Mən tez-tez düşünürəm ki, bu qondarma "müxbirlər" belə gülünc cəfəngiyatı haradan çıxarırlar. Mən sülh prosesi ilə əvvəlkindən daha çox məşğulam və ABŞ prezidentinə fəxrlə xidmət etməyə davam edirəm!", - deyə yazıb.
Qeyd edək ki, Stiv Uitkoffun İsrail və HƏMAS arasında atəşkəsdən sonra diqqətini öz işinə yönəltmək üçün hazırkı administrasiyanı tərk etməyi planlaşdırdığına dair xəbərlər dərc edilmişdi.
Популярный ролик