Avropa və ABŞ Qrenlandiya üçün savaşacaq?

NATO, ABŞ-nin Qrenlandiyanı ələ keçirmək planlarına cavab olaraq, lazım gələrsə, adanın təhlükəsizliyini gücləndirə bilər.

Telexeber.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares belə açıqlama verib. O bildirib ki, Qrenlandiyada və ya Arktika bölgəsində NATO-nun təhlükəsizliyini təhlükə altına ala biləcək elementlər və ya vəziyyətlər varsa, hərbi alyans bunu təhlil edə və lazım gələrsə, təhlükəsizliyi gücləndirə bilər. O, ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsini istisna etdiyini bildirib.

Bununla belə, o bildirib ki, əgər Danimarka təhlükəsizliyinin AB və NATO çərçivəsində lazımi qədər qorunmadığını hesab edirsə, müttəfiqlər lazımi təhlillər apararaq təhlükəsizliyi gücləndirə bilər.
Популярный ролик