Almaniya hərbçilərini Qrenlandiyadan geri çağırdı - İddia
Facebook
Вконтакте
Одноклассники
Google+

Almaniyanın Qrenlandiyaya göndərdiyi 15 əsgərini gizlicə geri çağırdığı iddia edilir.
Telexeber.az xəbər verir ki, bu addımın ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı tarif təhdidindən sonra həyata keçirildiyi irəli sürülüb. Məlumata görə, Almaniyanın hava qüvvələri və donanma heyətindən ibarət 15 nəfərlik heyəti, Danimarkanın dəvəti ilə NATO ölkələri tərəfindən aparılan kəşfiyyat missiyasının bir hissəsi olaraq Qrenlandiyaya gəlib. Missiyanın regionda təlimlər keçirmək və gələcək təlim və mümkün yerləşdirmə variantlarını qiymətləndirmək məqsədi daşıdığı bildirilib. Bu hərbi yerləşdirmənin Vaşinqtonda Danimarka, Qrenlandiya və ABŞ rəsmiləri arasında nəticəsiz yekunlaşan görüşdən sonra baş tutduğu bildirilir.
Qeyd edək ki, Donald Tramp, NATO müttəfiqlərinin Qrenlandiyaya qoşun göndərməsinə cavab olaraq, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyadan idxal edilən məhsullara 10% əlavə tarif tətbiq edəcəyini və bunun 25%-ə qədər arta biləcəyini bəyan etmişdi. Bild-in məlumatına görə, Almaniya Trampın tarif təhdidindən sonra Qrenlandiyadan 15 nəfərlik hərbi heyətini geri çağırıb.