Bu qadağanın müddəti iyunun 20-dək uzadıldı
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkmənistan Hava Yolları koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzadıb.
Telexeber.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunur.
"COVID-19 pandemiyası ilə əlaqədar olaraq, aviaşirkətin bütün beynəlxalq uçuşlarının ləğvi 20 iyunadək uzadılıb”, - açıqlamada deyilir.
Daha əvvəl Türkmənistan Hava Yolları mayın 20-dək bütün beynəlxalq uçuşları təxirə saldığını bildirmişdi.
Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə yeni növ koronavirusa yoluxmanın qeydə alınmadığını bəyan ediblər.