Netanyahu ABŞ-yə gedəcək

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.

Telexeber.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika-İran danışıqlarını müzakirə edəcəklər.

"Baş nazir hesab edir ki, istənilən danışıqlara mütləq ballistik raketlərin məhdudlaşdırılması və İranın maşalarına dəstəyin dayandırılması mövzuları daxil edilməlidir", - məlumatda vurğulanıb.
Популярный ролик