Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini ötdü
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.
Telexeber.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 25 141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4171 nəfər ölüb, 150 593 nəfər bu infeksiyaya yoluxub, 111 577 nəfəri isə müalicə olunub. Bu gün daha 1615 xəstə evə buraxılıb.