ABŞ-dən gəmilərə xəbərdarlıq
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Dəniz Administrasiyası Amerika bayrağı altında üzən gəmilərə xəbərdarlıq edib.
Telexeber.az xəbər verir ki, ABŞ, gəmiləri İranın ərazi sularından uzaq durmağa çağırıb. ABŞ Dəniz Administrasiyasının bölgədəki ABŞ bayrağı altında üzən gəmilər üçün yayımlanan yeni təhlükəsizlik protokollarında deyilir ki, gəmilər İranın ərazi sularından mümkün qədər uzaq üzməlidir. Xəbərdarlıqda, gəmi kapitanlarına İran qüvvələrini gəmiyə buraxmamaq, lakin müdaxilə halında güclə müqavimət göstərməkdən çəkinmək tövsiyə olunub.
Təhlükəsizlik protokollarında Şərqə doğru üzən gəmilərin Oman ərazi sularına daha yaxın marşrutlara üstünlük verməsi tövsiyə olunub.