Tramp İranla danışıqlardan narazıdır
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ İranın danışıqlar aparmaq tərzindən narazıdır.
Telexeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Buna baxmayaraq, İran ilə geniş müzakirələrin aparılmasını gözləyirəm", - o bildirib.
Ağ Evin rəhbəri İranla bağlı yekun qərar qəbul etmədiyini də vurğulayıb: "İranla razılığa gəlmək istəyirəm. Bu ölkə nüvə silahına sahib ola bilməz. İran o "qızıl sözlər"i, yəni "nüvə silahı istəmirik" cümləsini demir".