Trampdan İrana sərt xəbərdarlıq: "Bunu etməməlidir"
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp İranın mümkün hücumu ilə bağlı sərt açıqlama verib.
Telexeber.az xəbər verir ki, o, bildirib ki, İran bu gün çox sərt zərbə endirəcəyini və indiyədək heç vaxt olmadığı qədər güclü hücum həyata keçirəcəyini bəyan edib. Lakin Tramp Tehrana xəbərdarlıq edərək belə addımdan çəkinməyə çağırıb.
“İran bunu etməməlidir. Çünki əgər belə etsələr, biz onlara indiyədək görünməmiş bir qüvvə ilə cavab verəcəyik!” – deyə o vurğulayıb.
ABŞ lideri açıqlamasının sonunda məsələ ilə bağlı göstərilən diqqətə görə təşəkkür etdiyini də qeyd edib.