Bu dövlətlər ABŞ və İsrailin İrana hücumunu qınadı
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatları beynəlxalq aləmdə sərt tənqidlə qarşılanıb.
Telexeber.az xəbər verir ki, Rusiya hücumları “səssiz silahlı təcavüz” adlandıraraq Vaşinqton və Təl Əvivin hərəkətlərini qınayıb.
Tehranın müttəfiiq hesab olunan Çin isə fevralın 28-də başlayan hərbi əməliyyatları İranın suverenliyinə qarşı qəsd kimi qiymətləndirərək diplomatik həll yoluna çağırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımları “beynəlxalq hüququn pozulması” kimi səciyyələndirib. Dövlət başçısı hücumların dərhal dayandırılmasını tələb edib.
İspaniya da İrana hücumları qınayan ölkələrin siyahısında yer alır. İspaniya İsrail və ABŞ-ın hücumunu “təhlükəli hərəkət” kimi pisləyib.
Beynəlxalq qurumlar və digər dövlətlər də hərbi eskalasiyanın qarşısını almaq və dialoq üçün çağırışlar edir. Bu reaksiyalar ABŞ və İsrailin hərəkətlərinə qarşı qlobal narahatlığın yüksək olduğunu göstərir.