İranın yeni Ali Liderinin adı bəlli oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.
Telexeber.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.
O bildirib ki, Xameneinin adı davam edəcək.
***
İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəvi lideri Əli Xamenei ilə eyni soyadı saxlayacaq.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın yeni liderinin seçkilərində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.
"Biz İranın yeni liderini seçdik. Xamenei soyadı yeni Ali Liderdə qalacaq", - şura üzvü "Al-Hadath" televiziyasına bildirib.
Qeyd edək ki, bu yaxınlara qədər bu vəzifəyə ən çox ehtimal olunan namizədin Xameneinin oğlu Müctəba olduğu düşünülürdü. Şənbə günü Müctəba Xameneinin bombardmanlarından birində yaralandığı haqda məlumat yayılmışdı.