Gənc aktirsa koronavirusa yoluxdu
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyanın əməkdar artisti Alena Babenko koronavirusa yoluxub.
Telexeber.az xəbər verir ki, bu barədə aktrisa "İnstaqram" hesabında məlumat verib.
Babenkonun sözlərinə görə, bu səbəbdən "Ulduzlarla rəqs" şousunda iştirakdan imtina etməli olub: "Mən təkcə öz sağlamlığım üçün deyil, həm də dostlarımın və həmkarlarımın sağlamlığı üçün məsuliyyət daşıdım",- deyə sənətçi yazıb.
Aktrisa hazırda həkim nəzarəti altında müalcəsini davam etdirir və özünü yaxşı hiss edir.