NATO ölkələri İrana qarşı əməliyyatda iştirakdan imtina edib - Tramp

Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib.

Telexeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" yazıb.
O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-nin Yaxın Şərqdəki hərəkətlərində iştirak etməkdən imtina edib, baxmayaraq ki, onlar İranın nüvə silahına sahib olmasının yolverilməzliyi barədə ABŞ-nin mövqeyini dəstəkləyirdilər.
Популярный ролик