İsrail Xəzərə hücum etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

İsrail ordusunun Xəzər dənizində İranın gəmilərini hədəf aldığı iddia edilir.
Telexeber.az xəbər verir ki, hava hücumları zamanı güclü partlayışların müşahidə edildiyi irəli sürülür. İsrail dövlət televiziyası KAN-a danışan İsrail rəsmisi, Xəzər dənizində yerləşən İranın dəniz qüvvələrinə qarşı hava hücumlarının həyata keçirildiyini iddia edib. 5 gəminin hədəfə alındığı irəli sürülür.
"Times of Israel" qəzeti xəbər verir ki, hava hücumları nəticəsində Xəzər dənizinin sahilində yerləşən Bəndər Ənzəlidə güclü partlayışlar müşahidə edilib.