ABŞ İrana qoşun yeridə bilər - Hakan Fidan

ABŞ Fars körfəzində İranın hansısa adasına qoşun yeridə bilər.

Telexeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalının efirində canlı yayımda deyib.
"Münaqişə uzanacağı təqdirdə ABŞ-nin Fars körfəzində İrana aid hansısa adaya qoşun yeritməsi barədə versiyalar gündəmdir", - Türkiyənin XİN başçısı vurğulayıb. O, əlavə edib ki, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib.

H.Fidanın sözlərinə görə, buna cavab olaraq ABŞ-nin də İranın neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər.
Популярный ролик