İran ABŞ helikopterini sıradan çıxardı
Facebook
Вконтакте
Одноклассники
Google+

İran tərəfindən vurulan ABŞ hərbi təyyarəsinin pilotunu tapmaq üçün axtarış-xilasetmə əməliyyatlarında iştirak edən ABŞ helikopteri də hədəfə alınıb.
Telexeber.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumata yayıb. İran ordusu tərəfindən hədəfə alınan helikopter barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu, hava hücumundan müdafiə sistemlərindən istifadə edərək İranın mərkəzində F-35 hərbi təyyarəsini vurduğunu irəli sürmüşdü. Bildirilib ki, ABŞ “Black Hawk” helikopteri və C-130 hərbi yük təyyarəsi ilə zərərsizləşdirilən təyyarənin pilotunu axtarmağa çalışıb, lakin səyləri uğursuz olub.