İranda son sutkada 56 nəfər virusdan öldü
Facebook
Вконтакте
Одноклассники
Google+

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 56 nəfər vəfat edib.
Telexeber.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7 564 nəfərə çatıb. Son sutka ərzində koronavirusa 2 080 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 141 591 nəfərə çatıb. İndiyədək ölkədə xəstəlikdən 111 176 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 551 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Mənbə: İRNA