Tramp İrana təşəkkür etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması ilə bağlı sosial media hesabında paylaşım edib.
Telexeber.az xəbər verir ki, o, paylaşımında İrana təşəkkür edib. Tramp, “İran elə indicə boğazın tamamilə açıq olduğunu elan etdi. Təşəkkürlər”, - deyə qeyd edib.
Tramp digər paylaşımında İranın Hörmüz boğazından bir daha silah kimi istifadə etməyəcəyini irəli sürüb. Onun iddiasına görə, Tehran Hörmüz boğazını bir daha bağlamayacağına dair razılıq verib. Qeyd edək ki, İsrail və Livan arasında əldə edilən atəşkəsdən sonra İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün açıldığını bəyan etmişdi.