Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir
Facebook
Вконтакте
Одноклассники
Google+

Son illər dünyada göydələn layihələri xeyli populyarlaşıb. Bu sahədə yeni rekorda imza atıla bilər.
Telexeber.az xarici mediaya istinadla xəbər verir ki, hazırda dünyadakı ən nəhəng göydələnlərdən biri Səudiyyə Ərəbistanında Qırmızı dənizin sahilində inşa olunur. “Ciddə qalası” adlanan layihə çərçivəsində yeni göydələn ucaldılır. Hazırda binanın 100-cü mətbəbəsi tikilir. Göydələnin inşası tamamlandıqda hündürlüyünün 1000 metrdən çox olacağı bildirilir.
Tikinti işlərinin 2028-ci ilin avqustunda yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Bürc Xəlifə göydələnidir. 2010-cu ildə istifadəyə verilən bu möhtəşəm tikilinin ümumi hündürlüyü 828 metrdir və 160 mərtəbədən ibarətdir.