Parisdə bomba həyəcanı - Minlərlə insan təxliyə edildi

Parisin şimalında İkinci Dünya Müharibəsi dövrünə aid bomba tapılıb.

Telexeber.az xəbər verir ki, bomba tikinti işləri zamanı aşkar edilib. Bildirilir ki, polis bombanın yerləşdiyi yerdən 450 metr radiusda sakinləri təxliyə etmək üçün əməliyyat keçirib. Məlumata görə, bombanın zərərsizləşdirilməsi üçün minlərlə insan təxliyə edilib. Bombanın yerləşdiyi yerdən bir kilometr radiusda yerləşən ərazidə isə sakinlərin evlərindən çıxması məhdudlaşdırılıb, lakin onların içəridə qalmalarına icazə verilib.
Hakimiyyət orqanları ərazini mühafizə edib, sursatı qumla örtüb və onun zərərsizləşdirilməsi üçün hazırlıqlara başlayıb. Bomba yerində zərərsizləşdirilib.
Популярный ролик