ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Eshaq Dar ilə telefonda danışıb.

Telexeber.az xəbər verir ki, Abbas Əraqçi ABŞ ilə atəşkəs razılaşmasının davamlı olaraq pozulduğunu və ABŞ təhdidlərinin diplomatik prosesə mane olduğunu bildirib. İki gün əvvəl reallaşan telefon danışığının təfərrüatları İran Xarici İşlər Nazirliyinin saytında paylaşılıb. Məlumata görə, Əraqçi Pakistana atəşkəsdəki roluna görə təşəkkür edib. O, həmçinin bildirib ki, ölkəsi məsələnin bütün aspektlərini nəzərə alaraq prosesin necə davam edəcəyinə qərar verəcək.
Qeyd edək ki, İran ABŞ ilə danışıqların növbəti mərhələsini keçirməkdən imtina edib. İran parlamentinin deputatı Əhməd Naderi bildirib ki, ABŞ dəniz blokadasını aradan qaldırmayınca rəsmi Tehran Vaşinqtonla yeni raund danışıqlara getməyəcək.
Популярный ролик