ABŞ-da qarşıdurmanın miqyası böyüyür: 200-dən çox etirazçı saxlanıldı
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar davam edir.
Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti etiraz aksiyas Nyu-York şəhərində keçirilib.
Aksiyada 3 mindən artıq sakin iştirak edib. Etirazların qarşısını almaq istəyən polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaranıb. Nəticədə 10-dan çox polis xəsarət alıb, 40 polis maşınına ziyan dəyib.
Nyu-Yorkdakı aksiya ilə əlaqədar 200-dən artıq etirazçı saxlanılıb.