Tramp İranla danışıqlarda şəxsən iştirak edir

ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.

Telexeber.az xəbər verir ki, ABŞ lideri Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı Vaşinqton və Tehran arasında gedən proseslərdə birbaşa iştirak etdiyini bildirib.
Tramp qeyd edib ki, İran rəsmiləri onunla ünsiyyətdə fərqli mövqe sərgiləsələr də, ictimaiyyət qarşısında bunu inkar edirlər. Onun sözlərinə görə, tərəflər arasında təmaslar baş tutub və rəsmi Tehran müəyyən məsələlərdə razılıq əldə etməyə çalışır.

ABŞ Prezidenti vurğulayıb ki, İran xüsusilə hərbi gərginliyin azalması istiqamətində dialoqa maraq göstərir və ümumilikdə razılaşma əldə etmək niyyətindədir.
Популярный ролик