Rusiya atəşkəs elan etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya 9 May – Qələbə Günü ilə əlaqədar Ukrayna ilə müharibədə müvəqqəti atəşkəs elan edib.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilib.
Məlumata görə, atəşkəs 8 may saat 00:00-dan başlayaraq 10 maya qədər qüvvədə olacaq. Bu addım Böyük Vətən müharibəsində qələbənin 81-ci ildönümü ilə əlaqələndirilir.