ABŞ və İran razılığa gəldi

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları müvəqqəti olaraq dayandırmağa razılıq verib.

Telexeber.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
İddialara görə, tərəflər arasında keçirilən danışıqlar zamanı belə bir razılaşma əldə olunub. Agentliyin danışıqlar qrupuna yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton Tehranın neft sektoruna qarşı tətbiq olunan sanksiyaları müvəqqəti olaraq dayandırmağa razılaşıb.

Xəbərdə həmçinin İran və ABŞ tərəfindən təqdim edilən təkliflərin şərtlərinin bir-birinə uyğunlaşdığı iddia edilib. Bu məlumatlar hələlik ABŞ tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Популярный ролик