İran ilə ABŞ arasında yekun nəticə əldə olunmayıb - Bəqai
Facebook
Вконтакте
Одноклассники
Google+

İran ABŞ ilə aparılan danışıqlarla bağlı yeni açıqlama verib.
Telexeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai danışıb.
O bildirib ki, tərəflər arasında əlaqələr və mesaj mübadiləsi davam etsə də, hələlik yekun nəticə əldə olunmayıb. Bəqai ABŞ-nin bölgədə atdığı bəzi addımları da sərt tənqid edib.
XİN rəsmisinin sözlərinə görə, dənizdə tətbiq olunan məhdudiyyətlər beynəlxalq hüquqa ziddir və sərbəst gəmiçiliyə maneə yaradır.