7 ölkə Türkiyə ilə qapılarını bağladı
Facebook
Вконтакте
Одноклассники
Google+

Qurban Bayramı ərəfəsində viza müraciətlərində yaşanan böyük sıxlıq Türkiyə vətəndaşlarına qarşı vizadan imtina nisbətlərini tarixi səviyyəyə yüksəldib.
Telexeber.az xəbər verir ki, Avropanın 7 ölkəsi viza müraciətlərinə 20%-dən 35%-ə qədər dəyişən yüksək imtina faizləri tətbiq edərək faktiki olaraq qapılarını qonşu ölkədən olan turistlərin üzünə bağlayıb.
Yüksək inflyasiya və daxili turizm sektorundakı bahaçılıq səbəbindən bayram tətilini xaricdə keçirmək istəyənlərin ilk seçimi yenə Yunanıstan adaları olub. Lakin adaların gömrük-keçid məntəqələrində yaranan 1 kilometrlik növbələr və ciddi yoxlamalar səyahəti əziyyətə çevirib. Turistlər 45 dəqiqəyə getdikləri məsafədən geri qayıtmaq üçün gömrükdə 6 saat gözləmək məcburiyyətində qaldıqlarını bildiriblər.
Ən çox imtina verən 7 Avropa ölkəsi və imtina nisbətləri:
Malta – 34.8%
Polşa – 29.3%
İsveç – 26.5%
Norveç – 24.7%
Finlandiya – 21.2%
Almaniya – 21.1%
Danimarka – 19.2%
Ekspertlər bu mənfi statistikaya əsas səbəb kimi siyasi gərginlikləri və müxtəlif regional amilləri göstərirlər. Nəticədə viza müraciətlərinin cavabsız və ya mənfi qalması son illərin ən yüksək anti-rekorduna çatıb.