İsrail və “Hizbullah” razılığa gəldi

ABŞ prezidenti Donald Tramp İsrail və “Hizbullah”la danışdığını və tərəflərin bir-birinə hücum etməmək barədə razılığa gəldiyini bildirib.

Telexeber.az xəbər verir ki, Tramp bu açıqlamanı İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra sosial mediada verib. Tramp Netanyahu ilə məhsuldar söhbət etdiyini qeyd edərək, İsrailin Beyruta qoşun göndərməyəcəyini və artıq yolda olan qoşunların geri qaytarıldığını əlavə edib. O, həmçinin “Hizbullah”la dolayı yolla danışdığını qeyd edib.
Qeyd edək ki, İran tərəfinin İsrailin Livandakı hərbi əməliyyatlarına cavab olaraq danışıqlardan çəkildiyi barədə xəbərlər dərc edilmişdi.
Популярный ролик