Dünya vahimədə: Rusların “Ölüm Ulduz”u geri dönür

Hərbi dəniz qüvvələrində “Ölüm Ulduzu” ləqəbi ilə tanınan nəhəng döyüş gəmisi yenidən dənizlərə qayıtmağa hazırlaşır.

Telexeber.az xəbər verir ki, Rusiya Donanmasının ən böyük gəmilərindən biri olan bu kreyser uzun müddətdir davam edən genişmiqyaslı modernizasiya işlərindən sonra yenidən istifadəyə verilir. Nüvə enerjisi ilə işləyən gəminin gövdəsi və daxili sistemləri ən müasir texnologiyalarla tamamilə yenilənib.
Yenilənmiş hərbi gəmi dənizlərdə böyük üstünlük qazanmaq üçün inanılmaz bir silah gücünə sahibdir. Gəmidə aparılan dəyişikliklər sayəsində o, göyərtəsində 170-dən çox müxtəlif təyinatlı raket daşıya bilir. Bu raketlər arasında həm quru və dəniz hədəflərini vura bilən uzaqmənzilli qanadlı raketlər, həm də düşmən hücumlarından qorunmaq üçün güclü hava hücumundan müdafiə sistemləri yer alır.

Ekspertlər bu gəminin qayıdışını dəniz hərbi balansında mühüm bir hadisə kimi qiymətləndirirlər. Milyardlarla dollar xərclənən bu layihə çərçivəsində gəmiyə həmçinin ən son nəsil hipersəs raketləri də inteqrasiya edilib. “Ölüm Ulduzu” güclü raket arsenalı və yenilənmiş radar sistemləri ilə təkbaşına bütöv bir donanmanın gücünə bərabər hərbi potensial nümayiş etdirir.
Популярный ролик