Avropa Parlamenti "Google”dan imtina etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Avropa Parlamenti kompüterlərində standart axtarış sistemi olan “Google”u Fransa axtarış sistemi “Qwant” ilə əvəz edib.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa Parlamentindən açıqlama verilib. Bəyanatda qeyd olunub ki, dəyişiklik avtomatik olaraq tətbiq ediləcək, lakin istifadəçilər istəsələr, fərqli axtarış sistemlərini seçə bilərlər. Əlavə olunub ki, bu addım Avropa Birliyinin qeyri-Avropa rəqəmsal alətlərindən asılılığı azaltmaq və Avropa əsaslı rəqəmsal xidmətləri təşviq etmək strategiyasının bir hissəsidir.
Qeyd edək ki, Avropa Parlamentində 720 deputat, təxminən 8400 işçi və 2000 parlament köməkçisi daxil olmaqla, 10 mindən çox insan çalışır.