Əvvəl Qaziantep, sonra İzmir - Ard-arda zəlzələ oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyədə bir neçə saat ərzində iki zəlzələ qeydə alınıb.
Telexeber.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, dünən gecə yarısı Qaziantepin Nurdağı rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Bu gün səhər saatlarında isə İzmir silkələnib. İzmirin Foça rayonunda baş verən zəlzələ 3,7 bal gücündə olub.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi təbiət hadisəsi zamanı hər hansı dağıntı və insan tələfatının qeydə alınmadığını açıqlayıb.