Regionun təhlükəsizliyi İransız qurula bilməz – Əraqçi
Facebook
Вконтакте
Одноклассники
Google+

Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz.
Telexeber.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz", - o bildirib.
Onun sözlərinə görə, iqtisadi inkişaf və regional sabitlik yalnız bölgənin bütün ölkələrinin ümumi maraqlarının nəzərə alınması şəraitində mümkündür.