ABŞ Prezidenti 17 il sonra Ankaraya gəlir
Facebook
Вконтакте
Одноклассники
Google+

Ankaranın ev sahibliyi edəcəyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın Türkiyə səfərinin proqramı məlum olub.
Telexeber.az xəbər verir ki, Ağ Ev tərəfindən yayılan məlumata əsasən, Tramp sabah günortadan sonra Ankaraya gələcək və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Qarşılama mərasimindən və fəxri qarovulun keçidindən sonra Tramp və Ərdoğan arasında ikitərəfli görüş keçiriləcək.
Çərşənbə günü isə ABŞ Prezidenti NATO-nun rəsmi qarşılama mərasimində və ailə fotosunun çəkilişində iştirak edəcək, daha sonra NATO liderlərinin işçi iclasına qatılacaq.
Məlumata görə, Tramp həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə də ikitərəfli görüşlər keçirəcək.
ABŞ Prezidenti səfəri başa çatdırmazdan əvvəl mətbuat konfransı keçirərək Ankaradan ayrılacaq.