Türkiyə ən çox əhalisi olan 18-ci ölkə oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə əhalisinin sayına görə dünyanın ən böyük ölkələri arasında yer almaqda davam edir.
Telexeber.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının “Dünya Əhali Günü 2026” bülleteninə əsasən, ölkə 86 milyon 92 min 168 nəfərlik əhalisi ilə 194 ölkə arasında 18-ci sırada qərarlaşıb. Türkiyə dünya əhalisinin təxminən 1 faizini təşkil edir.
BMT-nin hesablamalarına görə, 2025-ci ilin ortalarında dünya əhalisinin 8 milyard 231 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Əhalisinin sayına görə ilk üçlükdə Hindistan, Çin və ABŞ qərarlaşıb.
Məlumata əsasən, Türkiyədə uşaqların ümumi əhalidə payı 24,8 faiz, gənclərin payı 14,8 faiz, yaşlıların payı isə 11,1 faiz təşkil edir. Uşaq və gənc əhalinin payı Avropa İttifaqı ölkələrinin əksəriyyətindən yüksək olsa da, yaşlı əhalinin payı Aİ üzrə göstəricidən aşağıdır.