"Yaranmış vəziyyət Rusiyanı da təhdid edir" - Lukaşenko
Facebook
Вконтакте
Одноклассники
Google+

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Telexeber.az-ın məlumatına görə, bu barədə “BelTA” xəbər verib.
Qeyd edilir ki, söhbət zamanı iki ölkə liderləri Belarusda yaranmış vəziyyəti müzakirə ediblər.
Avqustun 15-də Lukaşenko Minskdə keçirilən müşavirə zamanı ölkədə davam edən etiraz aksiyaları fonunda Putinlə əlaqə saxlamaq istədiyini bildirmişdi. Onun sözlərinə görə, respublikada yaranmış vəziyyət yalnız Belarusu deyil, həm də Rusiyanı təhdid edir.