Sinqapurda təyyarədə restoran fəaliyyət göstərəcək

Sinqapurda təyyarədə restoran fəaliyyət göstərəcək"Singapore Airlines" (SIA) şirkəti hazırkı iqtisadi böhrana çarə tapmaq üçün yaxın günlərdə təyyarə-restoran layihəsini işə salmağı nəzərdə tutur.

Telexeber.az Report-a istinadən xəbər verir ki, Çangi hava limanında park edilmiş "Airbus A380" tipli sərnişin təyyarəsinin salonunda oktyabr ayının 24-də və 25-də restoran təşkil ediləcək. 470 sərnişin yeri olan bu təyyarədə restorana çevrildikdən sonra ara məsafəyə əməl etmək şərtilə nə qədər müştəri qəbul edə biləcəyi hələlik bilinmir.

Təyyarədəki restoranda birinci sinif və işgüzar sinif (business class) menyular təklif olunacaq. Eyni zamanda arzu edənlər üçün kabin sinfi də fəaliyyət göstərəcək. Burada beynəlxalq və peranakan (yerli xalqlardan biri) yeməkləri veriləcək.

Təyyarə-restorana gəlməklə yanaşı, burada təqdim ediləcək təamlardan oktyabrın 5-dən etibarən evə də sifariş etmək mümkün olacaq. Bununla yanaşı, SIA-nın təlim mərkəzində turlar təşkil etmək də nəzərdə tutulur.

SIA-nın icraçı direktoru Qoh Çun Phonq COVID-19 pandemiyası üzündən hava nəqliyyatında yaranmış durğunluq şəraitində müştəriləri və fanları cəlb etmək üçün düşünülən bu planın artıq xeyli maraq çəkdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl SIA "heç bir yerə uçuş" (flights to nowhere) adlı 3 saatlıq gəzinti uçuşları layihəsini həyata keçirmişdi. Tərk edilən hava limanında başa çatan bu uçuşlarla bağlı maliyyə və ekoloji məsələlər təhlil edildikdən sonra bundan imtina etmək qərarlaşdırıldı.
Популярный ролик