Dünyada “COVID-19”a yoluxanların sayı 95 milyonu ötdü
Facebook
Вконтакте
Одноклассники
Google+

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 95 milyonu ötüb. Telexeber.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 95 052 597 nəfər koronavirusa yoluxub, 2 032 861 nəfər bu virusdan dünyasını dəyişib, 67 881 338 nəfər sağalıb.
Hazırda dünyada 25 138 398 aktiv koronavirus xəstəsi var ki, onlardan da 113 440-nun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.