Roma Papası göz yaşlarına hakim ola bilmədi: "Üzgünəm"

Roma Papası göz yaşlarına hakim ola bilmədi: "Üzgünəm"İraqda səfərdə olan Roma Katolik kilsəsinin rəhbəri Papa Fransisk Bodrum sahillərində cəsədi tapılan Aylan adlı uşağın atası ilə görüşüb.

Telexeber.az xəbər verir ki, Ərbildə baş tutan görüş zamanı Papa uşağın həyatı itirməsi səbəbilə üzgün olduğunu ifadə edib. Görüş zamanı Papa göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, 2015-ci ildə Yunanıstan istiqamətində üzən qayığın batması nəticəsində çox sayda insan vəfat edib. Qayıqda olan suriyalı 3 yaşlı qaçqın Aylan Kurdinin cəsədi isə Bodrum sahillərinə çıxıb. Həmin anın fotosu ən diqqət çəkən şəkillər arasında yer alıb.
Популярный ролик