Paşinyan vəd verib: Ona görə də ordu... - Detallar üzə çıxdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən gərginlik yaratmadan getməsinin səbəbi məlum olub.
Telexeber.az Ermənistan mənbələrinə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan istefa verəcəyinə dair söz verdiyi üçün Qasparyan da postundan problem yaratmadan gedib. Əks halda keçmiş Qərargah rəisi hərbi gücündən istifadə edərək, ordu və dəstəkçiləri ilə birgə hökumət başçısına ciddi müqavimət göstərmək niyyətində olub.
Qasparyan hesab edir ki, onun cəhdləri olmasaydı, Paşinyan növbədənkənar seçkilərə getməyəcəkdi.