Erməni terrorçu azadlığa buraxılır
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-ın Dövlət katibi Entoni Blinken erməni terrorçu Hampig Sasunyanın azadlığa buraxılmasından “dərin məyusluq” keçirdiyini ifadə edib.
Telexeber.az-ın məlumatına görə, o yazılı açıqlaması ilə məhkəmənin qərarından narahatlıq ifadə edib. Türkiyənin Xarici İşlər Nazirliyi də məhkəmənin qərarını sərt tənqid edib.
Qeyd edək ki, Los-Anceles Ali məhkəməsi Sasunyanın şərti azadlığa çıxması barədə qərar qəbul edib. 1982-ci ildə Sasunyan Türkiyənin Los-Anceles Baş konsulu Kəmal Arıkanı qətlə yetirib. Məhkəmə onun barəsində ömürlük iş kəsmişdi.