ABŞ-da ŞOK: Dünyanın "ən yaxşı" təyyarəsi qəzaya uğradı
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ səmasının müdafiəsində önəmli rol oynayan F-22 döyüş təyyarəsi qəzaya uğrayıb.
Telexeber.az xəbər verir ki, qəza təyyarə Floridadakı bazaya eniş zamanı qeydə alınıb. Məlumata görə, F-22 təyyarəsi uçarkən texniki nasazlıq baş verib və pilot təcili eniş barədə qərar verib. Tələfat qeydə alınmayıb.
Qeyd edək ki, F-22 məhdud sayda istehsal edilib və xarici ölkəyə satılmır. Hadisə ilə bağlı araşdırma aparılır.