Döyüşdən qaçan erməni komandir tutuldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağlıq Qarabağ separatçılarının qondarma ”Müdafiə ordusu”nun batalyon komandirlərindən biri həbs edilib.
Telexeber.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, batalyon komandiri müharibə vaxtı döyüş meydanını tərk edərək çox sayda hərbi qulluqçunun ölümü, əsir düşməsi və yaralanmasında təqsirləndirilir.
İşin materiallarına görə, İ. Vaqanyan döyüş əməliyyatlarında öz vəzifələrini yerinə yetirməyib, birbaşa rəislərinin əmrlərinə tabe olmaqdan imtina edərək, döyüş meydanını özbaşına tərk edib. Nəticədə batalyonun şəxsi heyəti itkilər verib.
Faktla bağlı cinayət işi başlanıb, Vaqanyan həbs edilib. (Azvision)