"Nikol Paşinyan bir məyusluqdur".
Telexeber.az xəbər verir ki, bu sözləri Fransanın "Le Monde" nəşri yazıb.
Ermənistanın baş nazirinə həsr edilən "Nikol Paşinyan - Məyusluq" adlı məqalədə bildirilib ki, erməni cəmiyyəti baş naziri Qarabağın itirilməsi və minlərlə hərbçinin ölümü üçün bağışlaya bilməz. Fransız nəşri Ermənistan sakinləri ilə söhbətdən sonra bu nəticəyə gəlib.
Ermənistan hökumətinin başçısının keçmiş tərəfdarları da daxil olmaqla, vətəndaşlarla söhbətlərə əsaslanaraq ölkədəki vəziyyəti təqdim edən nəşr qeyd edib ki, cəmiyyətin əksəriyyəti Paşinyanı müharibə zamanı etdiyi davranışlarda, eləcə də "Azərbaycan qarşısında diz çökmək"də günahlandırır: "Yalnız Paşinyanın adını tələffüz etmək kifayət edir ki, insanlar qaşlarını çatmağa başlayır. Keçmiş tərəfdarları onu danlayırlar. "O, bizi çox məyus etdi" deyirlər".
"Le Monde"nin həmsöhbətlərindən biri "Uğursuzluqlar siyahısını hazırlamağa başladığınız zaman harada dayanacağınızı bilmirsiniz" ifadələrini işlədib.
Onların fikrincə, dünənki "Məxməri İnqilab"ın qəhrəmanı, 45 yaşlı Nikol Paşinyan Qarabağ müharibəsində Azərbaycanın ağır məğlubiyyətindən sonra məğlub və alçaldılmış Ermənistanın simvoluna çevrilib.
Cəmiyyət baş nazirə ərazilərin təslim olması və minlərlə hərbçinin ölümü, Qarabağ sakinlərinin məcburi köçürülməsi və ölkədəki iqtisadi tənəzzülə görə bağışlamır.
Çaşqın və yorğun 3 milyon erməni belə bir vəziyyətə necə gəldiklərini anlamağa çalışır, çünki müharibə zamanı Paşinyan onu qazanacağına inandırmışdı. Çox gec anladılar ki, onun qələbə çalmasının cəbhədəki vəziyyətlə heç bir əlaqəsi yoxdur.
Paşinyan xain hesab olunur. Prezident, kilsə, müxalifət və hətta hərbçilər istefasının tərəfdarıdır, lakin baş nazir hələ də erkən parlament seçkilərində tərəfdarlarının dəstəyini gözləyir.
Qarabağdakı məğlubiyyətdən 3 ay sonra hərbçilər istefasını tələb etdikdə baş nazir üstünlük verdiyi və çox yaxşı bildiyi küçə strategiyasına keçdi.
"Çevriliş cəhdi"ni qınayan tərəfdaşlarını küçələrə çıxmağa çağırdı. Ətrafı onu inandırmağa çalışır, amma hamısı boşa çıxır: əlindəki meqafonla baş nazir İrəvan küçələrini gəzir, onun tərəfdarları da izləyir.
"Mən öz iradəmlə deyil, xalqın iradəsi ilə baş nazir oldum" deyərək meydanda toplanan 20 000 tərəfdarının önündə teatral şəkildə qışqırır və əlavə edir: "Xalq istefamı tələb etsin və ya məni güllələsin".
Qəzəb tədricən Paşinyanın keçmiş tərəfdarları arasında məyusluğa çevrilir.
"Paşinyan insanlarda ən pisini oyadır: nifrət və vətəndaş müharibəsi mühiti yaradır", - keçmiş tərəfdarlardan biri olan Manuçaryan hirslənərək deyir.(publika.az)
Bu sözləri Fransanın "Le Monde" nəşri yazıb.