Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alındı
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada Ural regionunun gömrük əməkdaşları Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb.
Telexeber.az Trend-ə istinadən bildirir ki, adı çəklilməyən şəxs kuryer xidməti vasitəsilə Ermənistana 37 tank stabilizatoru və 30 ehtiyat hissə göndərməyə çalışıb. Bunun üçün onun saxta etibarnamədən istifadə etdiyi məlum olub.
Qeyd olunur ki, həmin məhsullar Rusiya Müdafiə Nazrliyinin Raket-artilleriya baş idarəsinin mülkiyyətidir və onların azad satışı qadağandır.
Qaçaqmalçılıq faktı ilə cinayət işi açılıb. Həmin şəxsi 7 ilədək həbs, eləcə də 1 milyon rubl məbləğində cərimə gözləyir.