Türkiyənin Ayfonkarahisar bölgəsindəki meyvə şirəsinin istehsalı üçün məshulların alındığı mərkəzdə lentə alınmış görüntülər böyük rezonans doğurub.
Telexeber.az xəbər verir ki, görüntülərdə işçilərin emala göndərilməyə hazırlanan albalıların üzərində ayaqqabı ilə gəzdikləri əks olunub. Gənclər hadisəni gülümsəyərək lentə alıblar. Bu zaman onlar bildiriblər ki, meyvələr şirələrin istehsal olunduğu nüfuzlu zavodlara göndəriləcək. Artıq məsələ barədə araşdımalar başlayıb. 4 nəfər nəzarətə götürülüb.