İsraildə də üçüncü doz vaksinə icazə verildi
Facebook
Вконтакте
Одноклассники
Google+

İsrail rəsmiləri iki doz “Pfizer/BionTech” vaksini vurulan immuniteti zəif şəxslərin üçüncü doz peyvəndləmədən keçməsini təsdiqləyiblər.
Telexeber.az xəbər verir ki, koronavirusun “Delta” ştammının sürətlə yayıldığı ölkədə gündəlik yoluxma sayı 450-yə çatıb.
Səhiyyə naziri Nitzan Horovitz bildirib ki, bu qərar təcili olaraq qüvvəyə minəcək:
“İki doz “Pfizer/BionTech” vaksini vurdurub, immuniteti aşağı olanlar üçüncü dozu da vurduracaq”.
Əhalinin qalan hissəsinin üçüncü doz vaksinasiydan keçib-keçməyəcəyi ilə bağlı açıqlama verilməyib.