Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Telexeber.az-ın məlumatına görə, hadisə nəticəsində Fövqəladə Hallar Departamentinin əməkdaşları və hərbçilər yaralanıb. Vilayət administrasiyanın məlumatına görə, yaralıların sayı 66 nəfərdir. Daha əvvəl Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Tvitter səhifəsində 30 nəfərin yaralandığını və faktla bağlı cinayət işi açıldığını yazmışdı. “Yanğının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah işə başlayıb. Müdafiə, fövqəladə hallar nazirləri, daxili işlər nazirinin müavini əraziyə yollanıb. Yaxınlıqdakı kəndlərin sakinlərinin təxliyyəsi barədə qərar qəbul edilib. Müvəqqəti olaraq dəmiryol əlaqəsi dayandırılıb”, - deyə Tokayev paylaşımında bildirmişdi.