Fransa Kabildəki səfirini təxliyyə edir
Facebook
Вконтакте
Одноклассники
Google+

Fransa Kabildəki səfirini təxliyyə edəcək.
Telexeber.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrlandiyanın paytaxtı Dublində səfərdə olarkən deyib.
O bildirib ki, Kabildəki Həmid Qərzai Beynəlxalq Hava Limanı ətrafında baş verən partlayışların ardından bölgədə təhlükəsizlik məsələsi gərgindir:
“Vəziyyətlə əlaqədar amerikalı müttəfiqlərimizlə əməkdaşlıq edirik. Kabildəki səfirimizi də təxliyyə edəcəyik. O, hələlik işlərini Parisdən idarə edəcək”.