Türkiyənin Çorum bölgəsində Cümhuriyyət Xalq partiyasının lideri Kamal Kılıçdaroğlu küçədə sakinlərlə görüş zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Telexeber.az xəbər verir ki, o, yerli sakinlərdən biri ilə hal-əhval tutub. Ardınca CHP lideri qadının azyaşlı uşaqlarına yaxınlaşmaq istəyib. Lakin bu zaman qadın onu qovub: “Sağol uşaqlarıma toxunma. Get, get”.