“Taliban” ABŞ-a xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

“Taliban” Əfqanıstanın hava məkanının ABŞ-ın pilotsuz uçuş aparatları tərəfindən pozulduğunu bəyan edib.
Telexeber.az xəbər verir ki, bu barədə hərəkatın Tvitter səhifəsində yazılıb. Bildirilir ki, ölkənin hava məkanında ABŞ PUA-larının görünməsi “Əfqanıstan islam Əmirliyi”nin suverenliyinin pozulmasıdır:
“Biz bütün ölkələri, xüsusilə ABŞ-ı qarşılıqlı öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq. Əks halda, mənfi nəticələri ola bilər”.